Şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

Bu barədə millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"də deyib. Onun sözlərinə görə, yeni vergi güzəştləri Milli Məclis tərəfindən artıq təsdiq olunub.

Yeniliyə əsasən, həmçinin bu kateqoriyadan olan şəxslərin banklarda olan kredit borclarının silinməsi nəticəsində yaranan gəlirlər də vergidən azad olunacaq.

Vergi güzəştlərinin tətbiq edilməsi qazilər və şəhid ailələrinin üzvlərinin sosial təminatının daha da gücləndirilməsi məqsədinə xidmət edir. Dəyişikliklərin gələn aydan etibarən qüvvəyə minməsi nəzərdə tutulur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN