Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı: “Bunun adı diskrinimasiyadır (ayrı-seçkilik), cənab 1-ci vitse Rövşən Nəcəf!”

M.Qəhrəmanlı yazır: “SOCAR İRD hesabatından: Şirkətdə 112 nəfər yaşa görə təqaüdçü çalışır! Şirkət rəsmisinin məlumatına görə bu şəxslər əvəzolunmazlardır. 

Düşünürəm ki, müşavirləri nəzərdə tutur  SOCAR-da əksər vəzifəli şəxs təqaüd yaşı çatanda daha yüksək vəzifəli şəxsə müşavir təyin olunur. Onu da qeyd edim ki, özü vəzifə sahibi olanda onun da müşaviri olub!( əvəzolunmazın müşavirə ehtiyacı olmaz). Təqaüd yaşına çatan başqa işçilər isə (onların arasında əvəzolunmaz yoxdu ki?) Əmək Müqavilələrinə olunan dəyişikliklərə əsasən təqaüdə göndərilir! Bildiyim qədər zamanında Rövnəq Abdullayevin (indi say qalıb?) 5 müşaviri, 1-ci vitse Xoşbəxt Yusifzadənin bir müşaviri (onun da şparqalkası var?), bir referenti, Vitse Qasımov Süleymanın 3 müşaviri, sosial vitse Bədəl Bədəlovun 1 müşaviri (Bədəl müəllimə şparqalka nədən ötrü?), hətta kadr siyasətçisi Xalik Məmmədovun 1 müşaviri, ekoloji vitse Rəfiqə xanımın 1 müşaviri, nefti nəql edən vitse Daşqın İsgəndərovun 3 müşaviri, yataqların işlənməsi üzrə Yaşar müəllimin 2 müşaviri və s.var... Bundan əlavə, bu müəllimlərin referentləri, müavinləri və hətta katibələri də var. Beləliklə, Prezident və vitselərinə bilmədiyi sahələr üzrə məsləhət verən, öyrədən, müşavir sayı 25 nəfər, işdə onlara yardımçı olan müavin sayı (yəni müavinin müavini) 8 nəfər və SOCAR prezidenti və onun vitselərinin daima yanında olub onlara dəstək olan 25 referent! Cəmisi 58 nəfər. Mın hələ bu saya katibələri daxil etməmişəm.

Bu hələ harasıdır! SOCAR-ın hüquq idarəsinin 25 işçisi var (əvvəllər şöbə idi, sonra yekəldi departament oldu, bir az da yekəldi idarə oldu, tezliklə şirkət olacaq, optimallaşma yolu ilə). Ən maraqlısı, Şirkət strukturuna daxil olan idarə rəhbərlərinin müavinlərinin də müşavirləri var. Məsələn, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun təqribən 1000 işçisi var. Bu qurumda 9 müavin (bir baş mühəndis, onun iki müavini daxil olmaqla), 5 müşavir var. Hamısı da keçmiş vəzifə sahibləridir, təqaüdə çıxıb gəliblər bura. Siyahi uzundur... Davamı var...

***

...Sonra da deyirlər ki, SOCAR güc-birtəhər ili ziyansız başa vurdu. Bu qədər vitselərin, vitselərin müşavirinin, katibələrinin... olduğu sahədə neft sənayesi necə gəlirlə işləsin? Yazıq dəniz və quru neftçi də əlləri, üzü mazutlu  ayın sonunu gözləyir ki, aldığı məvacib kommunal borcları ödəməyə çatacaqmı??? Gülməlidir, özü müşavir olmalının 2-3 müşaviri, 5 katibəsi var...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN