SALYANDA MÜHASİB TAMAHININ "ZİBİLİNƏ DÜŞDÜ"
Deyilənə görə, hazırda Bakıda elə imkanlı ailələrin övladları var ki, hər ay eyş-işrətə, əyləncəyə külli məbləğdə pul xərcləyirlər. Məsələ ondadır ki, təqdir etmədiyim bu yaşam tərzi o qədər də səs-küyə səbəb olmur. Salyan rayonunda inşaat materialları mağazasının mühasibi Ruslan Mustafayev də fələkdən bir gün çalıb istirahət etmək, əylənmək, kef çəkmək istəyib, amma...