“Slobojanskaya, Donetsk və Luqansk istiqamətlərində gələcək hücum əməliyyatlarında Rusiya qüvvələrin qruplaşmasını gücləndirmək üçün bəzi ərazilərdə qoşunları geri çəkir”.

Bunu Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Bildirilib ki, aprelin 1-i Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi təlimlərin keçirilməsi barədə qərar qəbul edib:

“Eyni zamanda, Ukrayna ilə sərhəddə təxribatlar etmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin cəlb edilməsi istiqamətində işlər gücləndirilib.

Ukraynaya qarşı hücuma və ola bilsin hərbi əməliyyatlara hazırlaşmaq məqsədilə Rusiya qoşunlarının və qondarma Dnestryanı Moldova Respublikasının hissələrinin yerdəyişməsi qeyd edilib”.

Məlumata görə, Rusiya qüvvələri Luqansk vilayətində xeyli itki verir:

“Ölən Rusiya işğalçıları döyüş meydanında qalıblar. Eyni zamanda ötən həftə 2-ci Ordu Korpusu adlanan bölmələrdə bərpaolunmaz şəxsi heyət itkisi təxminən 800 nəfər təşkil edib. Ukrayna Silahlı Qüvvələrinin bir qrup əsgəri sutka ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 9 hücumunu dəf edib. Əsgərlərimiz 8 tank, 44 zirehli texnika, 16 avtomobil və 10 artilleriya qurğusu məhv edib”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN