İŞGƏNCƏ VERƏN ERMƏNİLƏR MƏHKƏMƏDƏ AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏYİB - YENİLƏNİB
Bugün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.