Qloballaşan dünyada əsas çağırışlardan biri də ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsidir. Proseslərin sürətləndirilməsi məqsədilə müxtəlif innovativ yeniliklər, elektron həllər tətbiq olunur ki, bunlardan biri də fərqli xüsusiyyətlərə malik olan malların unikal kodlaşdırılmasını təmin edən “Global Trade Item Number” (GTİN), yəni Əmtəənin Qlobal İdentifikasiya Nömrəsidir. Üzərində ştrix kodları və rəqəmləri əks etdirən hər bir məhsul vahidini eyniləşdirən və növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi - GTİN Qlobal Standart 1 tərəfindən yaradılıb.