Son günlər Livan hökuməti "yaxınlaşan İsrail zərbəsi" təhlükəsi ilə bağlı bir neçə diplomatik mesaj alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Əxbar” “mötəbər mənbələrə” istinadən məlumat yayıb.

Əl-Əxbarın həmsöhbətlərinin sözlərinə görə, əksər beynəlxalq nümayəndələr İsrail təhdidinin ciddiliyi ilə bağlı narahatlıqlarını bildirirlər. İddialara görə, ən əhəmiyyətli mesajlar İsrailin iyunun ortalarına planlaşdırılan hücumu barədə xəbərdarlıq edən Britaniyadan gəlib.

“Əl-Əxbar”ın məlumatına görə, Qətər də İsrailin Livanla bağlı niyyətlərindən narahatlığını ifadə edir. Qəzetin yazdığına görə, Qətər rəsmiləri ABŞ-ın razılaşma əldə etmək cəhdlərinə baxmayaraq, İsrailin Qəzza zolağında atəşkəs istəmədiyinə əmindir.

“Əl-Əxbar” qəzetinin Qəzza danışıqları ilə bağlı ərəb mənbələri İsrail rəsmilərinə istinadən bildirir ki, “Hizbullah” şimal cəbhəsində İMQ-yə güclü təzyiq göstərir. Onların fikrincə, İsrail bu təzyiqə dözmək istəmir.

İyunun 3-də “Hizbullah” pilotsuz təyyarələr eskadrilyasının İsrail qərargahına hücumu barədə məlumat verib. Daha sonra məlum olub ki, “Hizbullah”ın zərbəsi nəticəsində İsrailin şimalında genişmiqyaslı yanğın başlayıb. İsrail Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri İtamar Ben-Qvir cavab olaraq “Livanı yandırmağa” çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN