ŞAMAXIDA QAYDALARA RİAYƏT ETMƏYƏN SÜRÜCÜLƏRƏ QARŞI REYD KEÇİRİLİB
Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən sürücülərin müəyyən edilərək barələrində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.