DAXİLİ İŞLƏR NAZİRİ QƏBƏLƏDƏ BÖLGƏ VƏTƏNDAŞLARI İLƏ GÖRÜŞƏCƏK
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 26-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.