Dekabrın 31-də Rusiya ordusu tərəfindən edilən raket hücumu nəticəsində Kiyevdə azı bir nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb.

Kliçkonun sözlərinə görə, xəsarət alanlardan biri Yaponiyadan olan jurnalistdir. O xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Ukrayna ərazisinə edilən kütləvi raket hücumu nəticəsində paytaxtın birdən-birə üç rayonunda - Solomenski, Peçerski və Qoloseyevskidə partlayışlar baş verib, dağıntılar var.

"Partlayışlardan biri paytaxtın Solomenski rayonunda yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər", - deyə mer əlavə edib.

Raket zərbəsindən dağılan binalardan biri də “Alfa Vita” hotelidir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN