"ARTEZİAN QAZILMASI ÜÇÜN ƏN AZI 15-20 MİN RÜŞVƏT İSTƏNİLİR"
“Cənubi Qafqazda bir azərbaycanlıya 1 kub metr, gürcüyə 13 kub metr, erməniyə 2,2 kub metr su düşür. Həmçinin Azərbaycanda su ehtiyatının 70%-i trans-sərhəd çayları vasitəsi ilə xaricdən formalaşır. Qlobal quraqlıq güclənsə, biz bu 70%-dən də məhrum olacağıq. Bizim su ehtiyatımız isə ölkənin tələblərinə çatmayacaq. Əhali içməli sudan əziyyət çəkəcək, aqrar sektorun böyük bir hissəsi məhv olacaq”.