EGE HOSPİTALIN İGİD, QAZİ DÖYÜŞÇÜSÜ...
Vətən müharibəsinə vaxtından qabaq yollanan Rəşad həkimi tanıyaq və tanıdaq...
O gün 2020-ci ilin sentyabrın 20-si idi, nə müharibə “iyi-qoxusu” vardı, nə də onu hansısa təlimə çağırmışdılar. Lakin gənc həkim-cərrah Rəşad Məmmədov həmin gün artıq Füzuli-Ağdam istiqamətində Qarabağa yol almışdı. Bəlkə də qəlbinin səsi, fəhmi ilə nəsə hiss etmişdi və 29 yaşlı bu Vətən oğlunun yaşı qədər illərdən - 29 ildən sonra nəyisə gözləməyə artıq səbri qalmamışdı.
Onsuz da Qarabağ hər dəfə onun göz önünə gəldikcə, minlərlə günahsız adamların - erməni faşistləri tərəfindən 1988-90-cı illərdə qətlə yetirilmiş qadın və uşaqların, qocaların, müdhiş 20 Yanvar gecəsi daşnak Ermənistanının təhriki ilə M.Qorbaçov - D.Yazov qaniçənləri tərəfindən əsasən Stavropolun vəhşi erməni rezervistlərindən təşkil edilmiş cinayətkar ordunun Bakıya yeridilməsi, qırğınlar törədilməsi nəticəsində həlak olan dinc sakinlərin ərşə dirənən ah-naləsi, eləcə də daşnakların əli ilə törədilmiş 20 noyabr facisəi zamanı Azərbaycanın Qarakəndə köməyə tələsən say-seçmə oğullarının, döyüşlərdə həlak olmuş minlərlə igid oğul və qızlarımızın nahaq axan qanları, işğal olunmuş kənd və şəhərlərimizdə dözülməz işgəncələr verilmiş, qətlə yetirilmiş, əsir götürülmüş həmvətənlərimizin ağrı-əzabları Rəşad həkimə rahatlıq vermirdi. Həm də xalqımızın mərd, igid oğulları, düşmənə qarşı amansız mübarizələri ilə əsl vətənpərvərlik, döyüşçü nümunəsi göstərmiş, düşmənə qan uddurmuş Allahverdi Bağırovun, Əliyar Əliyevin, Vəzir Orucovun, Şirin Mirzəyevin, Yuri Kovalyovun, Əlif Hacıyevin, şir ürəkli polkovnik Raquf Orucovun, igidlikləri ilə xalqın yaddaşında əbədiləşmiş Mübariz İbrahimovun, Albert Aqarunovun, Vətən eşqli təbəssümü ilə sanki o qədər də müharibə adamına oxşamayan cəsur general Polad Həşimovun və digər igid oğulların ruhları onu bütün xalqımızla birgə “başlanmış işi” - uğurlu döyüş əməliyyatlarını davam etdirməyə, Qarabağı, müqəddəs Şuşamızı daşnak sürüsündən azad etməyə səsləyirdi.
...Rəşad 24 iyul 1991-ci ildə Bakıda dünyaya gəlib, dörd bacının yeganə qardaşıdır. Ata-babaları əslən Zəngəzurdan, Basarkeçər rayonunun Qayabaşı kəndindəndir. Ona görə də doğma yurdları erməni faşistləri tərəfindən talanmış, el-obasından ayrı düşmüş, qaçqınlıq həyatı yaşayan böyük bir elatın yerə-göyə sığmayan dərdi də həmişə Rəşadın qəlbini didir, yalnız Qarabağın deyil, qədim, əzəli torpaqlarımız olan, rusların (gorbagor olmuş 1-ci və “axırıncı” Pyotrun, ömrü boyu “kişi aclığı” olan Yekaterinanın) daim məqsədli yaltaqlıqla ermənilərin başına dolanaraq, onlara “peşkəş” etdikləri, yerləşdirdikləri Qərbi Azərbaycan torpaqlarını - Zəngəzur-Göyçəni də erməni vəhşilərindən təmizləməyə çağırırdı. Təsadüfi deyildi ki, Rəşad neçə illərdir ki Respublika Hərbi Qospitalında çalışan, hərbçilərimizin - əsgər və zabitlərimizin sağlamlığı keşiyində dayanan Aynur bacısı kimi həkim olmaq arzusu ilə Azərbaycan Dövlət Tibb Uiniversitetinə qəbul olunarkən özünə məhz hərbi-tibb fakültəsini seçmişdi. Bakıda ali təhsilini başa vurduqdan sonra əldə etdiyi ixtisas biliklərini artırmaq, hərbi həkim sənətinə daha mükəmməl yiyələnmək üçün Rəşad Məmmədov sonradan Türkiyənin Çukurova Univesitetində təhsilini davam etdirmiş, bir müddət Balcalı xəstəxanasında radiolog kimi təcrübəli türk həkimləri ilə birgə çalışmış, onlardan tibb sənətinin incəliklərini, yeniliklərini maksimum öyrənməyə çalışmışdı.
Bakıya qayıtdıqdan sonra gənc həkim-cərrah Rəşad Məmmədov bir-neçə il Dövlət Sərhəd Xidməti Hospitalının həkim-cərrahı, kəşfiyyatçı-tibb xidməti leytenantı, tibb xidməti rəisi kimi fəaliyyət göstərmişdi. Və 2020-ci ilin sentyabrında növbəti məzuniyyətindən istifadə edərək, narahat qəlbinin harayı ilə Qarabağa yollanmış, orda hərbi təlim-məşq toplanışlarında iştirak etmişdı. Sentyabrın 27-də Ali Baş komandanımızın hücum əmri ilə başlanan əks-həmlə döyüşləri, Vətən müharibəsi, qisas vaxtının, fürsətinin yetişməsi Rəşadı hədsiz fərəhləndirmiş, onun qələbə həsrətli qəlbini xeyli coşdurmuşdu. Erməni xəyanətkarlığı ilə Füzulidə başlanan döyüşlər elə ilk gündən Milli Ordumuzun, igid əsgərlərimizin Vətən sevgisinin, Qələbə əzminin nə qədər yüksək olduğunu bütün qabarıqlığı ilə göstərirdi. Rəşad həkim də əldə silah düşmənə qarşı ağır döyüşlərdə iştirak etməli olur. Əsgərlərimizin qisas hissi ilə, fədakarlıqla döyüşlərə atılması, onunla yanaşı torpağa yataraq, düşməni qırıb-tökməsi, igidliklər, qəhrəmanlıqlar göstərməsi Rəşadın qanını daha da coşdurur, qələbəmizə qəti, sarsılmaz inam oyadırdı. Lakin... oktyabrın 10-da Cəbrayıl uğrunda gedən ağır döyüşlərin birində əsgərlərimizlə birgə irəliləyərkən Rəşad düşmən gülləsinə tuş gəlir. Yoldaşları onu dərhal döyüş xəttindən çıxardıb, ilkin yardım göstərərək, Füzulu qospitalına çatdırırlar. Ağır yaralanmış olsa da, həkim həmkarları onun həyatını xilas edirlər. Lakin o, cəmi 4 gün müalicə alıb, tam sağalmasa da, təkidlə döyüşə, yoldaşlarının yanına qayıtmağa tələsir. Ancaq ön xəttə qayıdaraq, yaralananların, təcili yardıma ehtiyacı olanların az olmadığını görüb, orada elə həkim kimi “döyüşməyi” daha mühüm hesab edərək, yaralılara ilkin tibbi yardım göstərib, təxliyə edilməsinə, vaxtında qospitala çatdırılmasına bütün gücü ilə kömək edir. (O, çox təəssüflə, ürək ağrısı ilə bildirir ki, vaxtilə tələbə yoldaşları olmuş, cəbhə həkimi kimi yüzlərlə döyüş yoldaşlarını ölümdən xilas etmiş Şöhrət Qasımov və Nurlan Fərəməzov Füzuli və Cəbrayıl istiqamətlərindəki ağır döyüşlər zamanı yaralıları atəş altından çaxararkən igidliklə həlak olmuşlar).
Və müharibə Qələbəmizlə başa çatanadək Rəşad həkim Füzulu, Zəngilan, Ağdam, Qubadlı, Laçın, Şuşa uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edərək, çox zaman ara verməyən mərmi yağışı altında yüzlərlə yaralı əsgərimizə təcili tibbi yardım göstərmiş, onların döyüş meydanından çıxarılaraq, həyatlarının xilasına nail olmuşdu. Dediyinə görə, hərbçilərimizin və könüllülərimizin döyüş əzmi, Qələbə inamı o qədər böyük imiş ki, yaralılardan bir çoxu ondan xahiş edirmiş ki, Rəşad həkim onları geriyə - hospitala göndərməsin, ağrıkəsici iynə vurub, qanaxmanı dayandırıb, döyüşü davam etdirməyə icazə versin. Və elələri olurdu ki, həqiqətən onlara ilk tibbi yardım göstərdikdən, bir qədər ara verdikdən sonra israrlı təkidləri nəzərə alınaraq, yenidən döyüş yoldaşlarının yanına göndərilirdi. Son dərəcə inanılmaz görünürdü ki, yenidən döyüşə qayıdan bir qədər əvvəlki həmin yaralılar sevinclərindən az qala uçmağa qanad axtarırdılar. Belə anlarda onlara düzgün və operativ tibbi yardım göstərən Rəşad həkim həmin igid, vətənpərvər döyüşçülərimizdən heç də az sevinmirdi, qəlbi qürurla dolurdu.
Vətən torpaqlarının, Qarabağın azadlığı uğrunda döyüşlərdə Milli Ordumuzun gənc leytenantı, hərbi həkim kimi öz oğulluq borcunu şərəflə, vicdanla yerinə yetirmiş Rəşad həkim Bakıya Vətən müharibəsindəki böyük Qələbəmizdən xeyli sonra - noyabrın 26-da qayıtmışdı. Çünki müharibə bitsə də, həkimlər üçün “döyüşlər” hələ də hospitallarda davam etməkdə idi. Və Rəşad həkim 29 illik zülmdən sonra qanları, canları bahasına Vətənin böyük Qələbəsinə nail olmuş mərd, igid oğullarımızın tezliklə sağalması, həyata qayıtması üçün hələ çox “döyüşməli” olmuşdu.
Müharibədən sonra da başqa bir düşmənlə - “Covid-19”-la da mübarizə aparmış Rəşad həkim Vətən qarşısında xidmətlərinə, döyüş bölgələrində göstərdiyi mərdlik və şücaətə, Cəbrayılın və Zəngilanın düşməndən azad olunmasına görə ölkə rəhbəri, Ali Baş komandanımız İlham Əliyev tərəfindən döyüş medalları ilə təltif olunub.
Ancaq Rəşad həkim belə hesab edir ki, müharibə hələ tam başa çatmayıb - Zəngəzur və Göyçə, ata-baba yurdu Basarkeçər rayonu, doğma Qayabaşı kəndi onun və qalib döyüş yoldaşlarının yolunu gözləyir. Hələlik isə o, Vətən müharibəsi veteranı, Qarabağ qazisi olsa da, xalqımıza xidmətini respublikamızın ən müasir tibb mərkəzlərindən biri olan EGE hospitalda davam etdirir, hər gün yüksək ixtisaslı həmkarı, uzman həkim, türk qardaşımız İsmayıl Caymaz və orta tibb personalı ilə birgə neçə-neçə xəstəyə şəfa verir.
Allah sizləri var eləsin, bizim fədakar, vətənpərvər həkimlərimiz! Sizə öz humanist, müqəddəs işinizdə uğurlar arzulayırıq!
Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına respublika mükafatı laureatı