QANUNSUZ AĞAC KƏSİMİ İLƏ BAĞLI 5 CİNAYƏT İŞİ BAŞLANILIB
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Lənkəran, Cəlilabad, İsmayıllı, Qax və Zaqatala rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.