"Ruslar qlobal ərzaq təhlükəsizliyinə əhəmiyyət verdiklərini söylədikdə bu şəkli xatırlayın..." Qeyd edək ki, dünya ərzaq böhranı, əsasən də taxıl qıtlığı ilə üzləşdiyi bir zamanda Ukraynanın taxıl zəmiləri yanır...
Belə ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporoji vilayətində taxıl sahələrini yandırıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko məlumat yayıb.
İyulun 8-də rus işğalçı qoşunları Apostolovski icmasını atəşə tutdular: Novosemenovka kəndinin sərhədyanı ərazilərini vurdular, kənddə elektrik verilişi xətləri kəsildi. Bu barədə isə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk Telegram-da məlumat verib.
O, da qeyd edib ki, Zaporoji vilayətində 20 hektar buğda zəmisi yanıb.
Y.MƏMMƏDLİ