1992-2020-ci illərdə Ağdam rayonu altı mindən çox şəhid verib...
Dünənimin qəhrəmanlıq simvolu,
Bu gün qeyrət salnaməsi,
Sabahımızın əbədi örnək təmsilçiləri..
Zəfər tariximizi qanlarıyla yazan qəhrəmanlardır Şəhidlərimiz! Onların arasında 10-dan çox Milli Qəhrəman, çoxlu sayda qazilər də vardır..
Vətənin müdafiəsinə qalxan hər bir ağdamlı heç nəyi düşünmədən qanları ilə vətəni yağılardan azad etdilər! Şübhəsiz istər I Qarabağ, istərsə də 44 günlük Zəfər müharibəsində düşmənin hər bir təxribatının, hər bir hücumunun layiqli cavabını verə bildilər ....
Qeyd etdiyimiz kimi,1992-1994-cü illərdəki müharibə dövründə ordumuzda yetərincə hərbi texnikanın, silah-sursatın olmaması, Rusyanın dəstəyi ilə tam silahlanmış düşmən ordusu fəallıq göstərirdi.
Lakin bacarıqlı komandirlərin səyi və şəxsi əmlaklarını sataraq əvəzində ordusunu silah-sursatla təmin edir, batalyon və dəstələrə yeni gələn könüllüləri də təlimlərə cəlb edirdilər.
44 günlük müharibə göstərdi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə müasir texnika və silahlarla müzəffər ordumuzun təmin olunması müharibəni qısa müddətdə zəfərlə başa çatdırdı.
Vətənin igid ogulları torpaqlarımızın azad edilməsi yolunda canlarını qurban verərək Şəhidlik zirvəsinə ucaldılar. Onlar Ali Baş Komandanın əmrini həyəcanla gözləyirdilər... Və minlərlə gənc həmin döyüşlərə qatıldı. Bu döyüşlərdə Ağdamın da cəsur ogullarından əlliyə yaxın şəhidi, xeyli sayda qazisi oldu. Belə ki, vətənpərvər ogullardan biri də Yusifcanlıdan olan baş leytenant Hikmət Səfərov idi... Hikmətin vətəni sevən, mərd, cəsur bir döyüşçü kimi böyüməsində uzun müddət məktəb direktoru işləmiş atası İldırım Səfərovun rolu əvəzolunmazdır. Bəli, onun öz tərbiyəsi ilə yetişdirdiyi ləyaqətli övlad öz şəhadəti ilə bunu sübut etdi.
Hikmət İldırım oğlu Səfərov 1972-ci il iyun ayının 11-də Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olmuşdu. Orta məktəbi doğulduğu kənd məktəbində bitirərək AZİ- yə daxil olmuş, mühəndis ixtisasına yiyələnmişdi. Müxtəlif işlərdə çalışmışdı. Ailəsində böyüyən 2 oğlunu - Azərlə Anarın da vətənpərvər böyümələrinə nail olmuşdu. Hikmət ailəcanlı ata olmaqla valideynlərinin, ailə üzvlərinin də sevimlisi idi.
Hikməti tanıyanlar onun mehriban, zəhmətkeş bir insan, gözəl dost olduğunu söyləyirdilər.
Hikmət Səfərov 2020-ci il sentyabrın 21-də 3 günlük hərbi təlimlərdə iştirak etmişdi.
Mənfur düşmənin daim qarşl tərəfi hədəfə alaraq vandallığından əl çəkməməsi məcburiyyətdə qalan ordumuza hücum əmri verildi. Beləliklə, "Dəmir Yumruq" 44 günlük Zəfər yoluna çıxdı...
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan gündən Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə iştirak edən Hikmət ağır yaralanır və 52 gün komada qalır... həkimlərin səyi nəticəsiz qalır...
Hiknət dekabrın 8-də “Vətən sag olsun" - deyərək şəhid olur.
Dekabrın 9-da Bakıda II Fəxri Xiyabanda dəfn olunur.
Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Xalqımız bütün şəhidlərimizin xatirəsini daim əziz tutur. Belə ki, Yusifcanlıda onun "Xatirə bulağı"nın açılışına Ağdamın RİH başçısı Vaqif Həsənov başda olmaqla rayonun məsul işçıləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şəhidin ailəsi, qohumları və məktəblilər, bulağın tikintisində iştirak edənlər Alıbəyliyə toplaşmışdılar...
Dövlət himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər Ali Baş Komandana və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür etdilər.
Hikmət Səfərovun oğlu Anarın atasının xatirəsinə bəstələdiyi mahnını böyük qardaşı Azər ifa etdi.
Şəhidlər ölməz, vətən bölünməz...
Neyləyim üzümə gülmədi həyat.
Cənnətə gəlmişəm yatıram rahat.
Ey gözü yaşla dolan dogmalarım,
Bir gün görüşərik, qalın salamat.
Təki vətən sag olsun!..
Anam, mən şəhid oldum,
aglama,
Ata, mən şəhid oldum,
yaşımı saxlama.
Yarım, mən şəhid oldum,
qara bağlama.
Təki vətən sağ olsun!
Bəli, biz minlərlə şəhidimizdən biri haqqında qısa məlumat verərkən bütün şəhidlərimizi anırıq. Təki vətən sag olsun!
Anar deyir ki, atam deyərdi Şüşanın dağlarına çıxmaq mümkün deyil.
Amma o dağlar qəhrəman oğullarımız üçün mümkünsüz olmadı...
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!
Nəzakət Kərimova Əhmədova,
yazar-publisist, AJB-nin üzvü