Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % artaraq 4 milyard 189,6 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 3 milyard 132,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 74,8 %-ni təşkil edib.

6 ay ərzində hər bir ölkə sakini orta hesabla 416,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən 63,7 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN