Goranboy rayonunun Cinli-Borsunlu kənd sakini Əliyev Elmuraz Qulu oğlu su problemi ilə üzləşib.

Şikayətşi qeyd edir ki, dəfələrlə Goranboy İcra Hakimiyyətinin başçısının, eləcə də rayonun Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun qəbulunda olsa da, onun 2 ha yonca sahəsinin suvarılmasına su vermirlər.

E.Əliyev bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov heç kimi saymır. Meliorasiya və Su Təsərrüfatı ASC -nin sədri Zaur Mikayılova edilən şikayətlərin də heç bir səmərəsi yoxdur. Cinli-Borsunluda yaranmış su problemi və digər əyintilərlə bağlı dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərilsə də, heç bir nəticəsi olmadığını bildirilir: “Çünki kənd sakinlərinin şikayətlərinə baxılması barələrində şikayət olunan məmurlara həvalə edilir. Həmin məmurların işlədiyi sahələrdə də özbaşınalıq, dərəbəylik baş alıb gedir”.

Əmin olmaq istəyirik ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov vətəndaşın su problemini həll edərək narazılığı aradan qaldırcaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN