Rusiya öz hərəkətlərilə aydın şəkildə işarə etdi ki, onun Ukraynaya hücumu müdafiə əməliyyatı deyil, "ərazi istilaları uğrunda müharibədir".

Bu barədə çərşənbə axşamı günlük brifinqdə ABŞ Dövlət Departamentini rəsmi nümayədəsi Ned Prays bildirib.   

"Fevralın 24-dək "biz daim Ukrayna, NATO və ABŞ tərəfindən təhlükə ilə bağlı Kremlin müxtəlif məmurlarının yalanlarını eşitdik. Son günlərdə ruslar yeni bir yalan danışmağa başladılar. Belə ki, bazar ertəsi Xarici İşlər Nazirliyinin rəhbəri Lavrov prezident Vladimir Zelenskini və onun hökumətini "qəbuledilməz rejim" adlandırıb. Bundan öncə Putin özünü Böyük Pyotr ilə müqayisə edərək deyib ki, "Rusiyaya məxsus olan" torpaqları geri qaytarmaq lazımdır", - deyə Prays xatırladıb.

"Odur ki, Rusiyanın yüksək vəzifəli rəsmi şəxsləri Ukraynaya hücuma qədər onlardan eşitdiklərimizin hamısını dəfələrlə təkzib ediblər. Onlar aydın şəkildə işarə etdilər ki, bu, müdafiə əməliyyatı deyil, ərazi istilaları uğrunda müharibədir", - Prays əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN