Filippinin şimalındakı Luzon adasında 7 bal gücündə zəlzələ baş verib.
Tәbii fәlakәt nәticәsindә bir nəfər ölüb.
Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutu səhər saatlarında adanın şimalındakı Abra əyalətində 7 bal gücündə zəlzələnin hiss edildiyini açıqlayıb (TRT).
Yerin 10 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentrinin əyalətin Təyyum şəhərindən 3 kilometr şimal-qərbdə olduğu müəyyənləşib.
Yerli KİV-in məlumatına görə, Fəlakət Riskinin Qarşısının Alınması və İdarə Edilməsi üzrə Milli Mərkəz Benqet əyalətinin La Trinidad şəhərində baş verən zəlzələ nəticəsində dağılan tikinti sahəsində çalışan bir işçinin öldüyünü bildirib.
Prezident Ferdinand Marcos Jr. xilasetmə qruplarının tәbii fәlakәtin yaşandığı bölgәyә göndәrilmәsi ilә әlaqәdar göstәriş verib. O, hәmçinin gün әrzindә bölgәyә sәfәr edәcәyini bildirib.
Zәlzәlә nәticәsindә bölgәdәki çox sayda tikiliyә ziyan dәyib.
TEZADLAR.AZ