Vitali Kliçko və Natalya

Xəbər verildiyi kimi, bu yaxınlarda Kiyev şəhərinin meri Vitali Kliçko həyat yoldaşı Natalya ilə boşandığını açıqlayıb.

Kiyev meri əlavə edib ki, hazırda onun ürəyi boş deyil. Amma o, yeni sevgilisi olub-olmadığını deməyib, yalnız Kiyevə sevgisini etiraf edib. Kliçko bildirib ki, boşansa da, həyat davam edir.

Eyni zamanda, UNİAN-ın məlumatına görə, teleaparıcı Slava Demin “Glory PRO” verilişində V.Kliçkonun sevgilisi olduğunu, lakin hələlik onu ictimaiyyətdən gizlətdiyini bildirib.

Ona görə də ehtimal etmək olar ki, V.Kliçkonun həyat yoldaşı Natalyadan boşanmasına səbəb təkcə ayrılıq deyil, həm də başqa qadın olub.

Xatırladaq ki, bir müddət əvvəl Kiyev meri Vitali Kliçko arvadı Nataliya ilə boşanmasının səbəbini açıqlamışdı. O, uzun illərdir ki, müxtəlif ölkələrdə yaşadıqlarını, ona görə də boşanmanın münasibətlərinin məntiqi yekunu olacağını bildirib.

Qeyd edək ki, Vitali Kliçko və Natalya 1997-ci ildə evləniblər. Onların bu evlilikdən üç övladı - iki oğlu və bir qızı var. Son bir neçə ildə Natalya Almaniyada, Kliçko isə Ukraynada yaşayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN