Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının ərazisində olmaqda davam edir və bununla əlaqədar stansiya tamamilə təhlükə altındadır...

Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, bu barədə Britaniya kəşfiyyatının Ukraynadakı müharibə ilə bağlı avqustun 25-nə olan icmalında deyilir. Belə ki, 21 avqust 2022-ci ildə çəkilmiş şəkillər Rusiya Federasiyasının oradakı hərbi mövcudluğunu qoruyub saxladığını və gücləndirdiyini, Rusiya zirehli transportyorlarının 5 nömrəli reaktordan 60 metr məsafədə yerləşdiyini göstərir. Sitat: "Görünür, Rusiya Ukraynanın AES ərazisindəki istənilən hərbi fəaliyyətindən təbliğat məqsədilə istifadə etməyə hazırlaşır. Rusiya Federasiyası AES-i işğal etməyə davam etdikcə, reaktorun işləməsi üçün əsas risk böyük ehtimalla davam edəcək, reaktorun soyutma sistemi pozulacaq və ya enerji təchizatı, ehtiyat xətləri zədələnəcək, yaxud təzyiq altında işlərini yerinə yetirən stansiya işçiləri səhvlərə yol verəcəklər”.

Dünya isə bu təhlükədən ciddi narahatdır. Xüsusən də Avropa ölkələri...

A.Məmmədli

(Şəkildə: AES yaxınlığında məhv edilmiş Rusiya helikopteri).

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN