Xəbər verildiyi kimi, dünən Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində sərnişin qatarına zərbə endirib.

Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü Ukraynanın Dnepropetrovsk vilayətində qatar stansiyasına Rusiyanın hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko Çaplin kəndindəki stansiyada axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını bildirib.

"Yaşayış ərazisinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ikisi uşaq olmaqla 25 nəfər ölüb, 31 nəfər yaralanıb", - deyə Timoşenko cümə axşamı bildirib: “11 yaşlı uşaq evin dağıntıları altında, 6 yaşlı uşaq isə dəmiryol vağzalının yaxınlığında avtomobildə baş verən yanğında ölüb”.

“Hücum çərşənbə günü Ukraynanın Müstəqillik Gününü qeyd edərkən Rusiyanın Ukrayna ətrafında həyata keçirdiyi bir neçə zərbədən biridir”, - rəsmilər bildiriblər.

Ukrayna müdafiə naziri Oleksii Reznikovun müşaviri Yuri Sak CNN-ə deyib ki, Rusiya Ukrayna ərazisi boyunca raket zərbələri endirib.

"Ukraynanın digər böyük şəhərlərində, hətta döyüş meydanından uzaqda olan şəhərlərdə də partlayışlar olub, raket zərbələri endirilib" deyən Sak çərşənbə günü Kiyevdə ən azı səkkiz hava hücumu olduğunu əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN