Avropa İttifaqının energetika nazirləri fövqəladə tədbirləri müzakirə etmək üçün ən qısa zamanda təcili iclasa toplaşacaqlar.

CNN-nin məlumatına görə, bunu Çexiya hökuməti bildirib.

Qeyd edək ki, Çexiya hazırda Avropa Şurasına sədrlik edir.

Çexiyanın Baş naziri Petr Fiala Tvitter hesabında yazıb ki, Çexiya sədrliyi energetika ilə bağlı vəziyyətin həlli üçün xüsusi fövqəladə tədbirləri müzakirə etmək üçün energetika nazirlərinin təcili iclasını çağıracaq.

Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela isə bu gün Tvitter səhifəsində yazıb: "Biz Rusiya ilə enerji müharibəsindəyik və bu, bütün Avropa İttifaqına ziyan vurur".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN