Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqləri Kadırovu Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə şübhəli elan ediblər.

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və onun iki yaxın adamı hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

UNİAN bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, UTX Kadırov, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin Çeçenistan Respublikası üzrə departamentinin rəis müavini Danil Martınov və Rusiya Milli Qvardiyasının qoşunlarının Şimali Qafqaz dairəsinin 46-cı əməliyyat briqadasının “Cənub” əlahiddə motoatıcı batalyonunun 249-cu taktiki qrupunun komandiri Hüseyn Məjidov barəsində hərbi cinayətlərə dair təkzibolunmaz sübutlar toplayıb.

“Sənəddə bildirilir ki, 2022-ci ilin fevral-mart aylarında Kadırov bu bölmələrin fərdi hərbi əməliyyatlarının hazırlanmasına və planlaşdırılmasına şəxsən rəhbərlik edib, əmrlər verib, onların rəhbərlərinin məruzə və hesabatlarını dinləyib”, - məlumatda deyilir.

Qeyd edək ki, Martınov Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş xüsusi təyinatlı zabiti olub və hazırda Kadırovun mühafizəçilərinin hazırlanmasına cavabdehdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN