Tezadlar.az saytında dərc olunan ""Beton yol"da sürücülərə sürət həddi tələsi" başlıqlı yazıya Baş Dövlət Yol Polis İdarəsindən reaksiya verilib.

Redaksiyamızla telefon əlaqəsi saxlayan Baş Dövlət Yol Polis İdarəsinin Xüsusilə Mühüm Tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, Hövsan qəsəbə sakini Azər Nağıyevin müraciətində qeyd olunan xüsusatlar subyektiv mülahizələrə söykənir və məsələyə birtərəfli yanaşmadan xəbər verir: "Bu gün həmin şosedə yol hərəkətinin təşkili ilə bağlı aparılmış dəyişikliklər bilavasitə piyadaların təhlükəsizliyi ilə bağlıdır. Ərazidə yaşayan sakinlər tərəfindən Baş DYP İdarəsinə, eləcə də Daxili İşlər Nazirliyinin sosial şəbəkə seqmentlərindəki rəsmi hesablarına ünvanlanan çoxsaylı müraciətlərdə sözügedən şosedə piyadaların təhlükəsizliyi üçün hərəkətin təşkilində dəyişiklik edilsə də, əksər sürücülərin nizamlama vasitələrinə əhəmiyyət vermədiyi  qeyd olunur. Vətəndaşlar həmin ərazidə kameraların quraşdırılmasını, yaxud YPX əməkdaşının nizamlayıcı qismində müntəzəm xidmət aparmasını xahiş edirlər. Paradoksal vəziyyət ondan ibarətdir ki, çox zaman müraciətlərdə sürücülər piyadalardan, piyadalar isə sürücülərdən şikayət edir.

Dislokasiya üzrə xidmət aparan YPX əməkdaşlarının ərazidə görünməsini yazı müəllifi tərəfindən qəribə hal kimi qələmə verilmsənin özü sual doğurur və anlaşılan deyil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məsələlərində ictimai iştirakçılığın təşviqi fəaliyyətimizin prioritetlərindədir və bu sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Lakin, unutmamalıyıq ki, ictimai qınaq ədalətli olmalı, qərəzli mahiyyət daşımamlı, yalnız ictimai maraqlara xidmət etməlidir. 

Bu gün hər kəs bilir ki, sürücülər tərəfindən yolda müəyyən olunmuş sürət həddinin aşılması xüsusi texniki vasitələr, o cümlədən YPX avtomobilində quraşdırılmış "İ-Patrul" sistemi vasitəsilə müəyyən edilir və elektron qərar çıxarılır. Əgər şəxs barəsində çıxarılan elektron qərarla razılaşmırsa bu haqda etdiyi şikayət araşdırılır, obyektivlik təmin edilir.

Qeyd etməliyəm ki, YPX-nin fəaliyyəti xidməti ərazidə qəzalılığın və hüquq pozuntularının vəziyyəti, yolda hərəkət şəraitinin xüsusiyyətləri, nəqliyyat vasitələri və piyadaların hərəkət intensivliyi və sair nəzərə alınmaqla təşkil olunur. Bu da bir reallıqdır ki, ərazidə yol polisinin xidmət aparması hərəkət iştirakçılarının məsuliyyət hissini dəfələrlə artırır. Onlardan sadəcə hüquq və vəzifələrini məsuliyyətlə yerinə yetirmək tələb olunur".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN