Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun baş vermiş yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı hazırda Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.
Bu barədə Tezadlar.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Xəbər verdiyimiz kimi, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi "Ural" markalı avtomobili dərəyə aşırıb. Nəticədə, sürücü hadisə yerində ölüb.