MAQATE-nin monitorinq missiyası Rusiyanın işğalı altında olan Enerqodardakı Zaporojye AES-ə gəlib.

Bu barədə Energoatom-un mətbuat xidmətindən məlumat verilib.

"MAQATE-nin missiyası Zaporojya AES-ə çatıb", - qısa mesajda deyilir.

Rusiya mediası da öz müxbirlərinə istinadən missiyanın gəldiyini elan edib və müvafiq video yayımlayıb.

Eyni zamanda, Reuters ukraynalı mənbəyə istinadən xəbər verir ki, missiyanın AES-də qalma müddəti “planlaşdırılandan daha qısa ola bilər”.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna hökumətinin dəvəti ilə MAQATE müvəqqəti olaraq işğal altında olan Zaporojye AES-ə baş çəkmək üçün missiya yaradıb. Buraya 14 beynəlxalq ekspert daxil idi.

Missiyaya MAQATE-nin baş direktoru Rafael Qrossi rəhbərlik edir.

Missiya üç məqsəd üzərində cəmləşəcək: fiziki müdafiə; nüvə təhlükəsizliyi; nüvə materiallarının yayılmamasına zəmanətlər.

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Rusiya Enerqodarda hərbi əməliyyatları imitasiya edərək və AES yaxınlığındakı ərazini atəşə tutmaqla MAQATE missiyasının ZAES-ə səfərini pozmağa çalışır.

Yermak eyni zamanda vurğulayıb ki, “bunlar məhz Rusiyanın təxribatlarıdır”.

Missiyanın səfəri ərəfəsində məlum olub ki, ruslar tərəfindən Zaporojye AES-in ərazisini atəşə tutması nəticəsində fövqəladə mühafizə işə salınıb və işləyən 5-ci enerji bloku söndürülüb. İşğalçılar Enerqodarın enerjisizləşdirildiyini bildiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN