Ötən gün Ukrayna Ordusu Donetsk vilayətində və ölkənin cənubunda üç yaşayış məntəqəsini işğalçılardan azad edib.

tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Prezident Vladimir Zelenski videomüraciətində belə bəyan edib. Sitat: “Bazar günü olsa da, müharibədə istirahət günləri yoxdur. Silahlı Qüvvələrin Ali Baş Komandanı, əməliyyat rayonlarının komandirləri və kəşfiyyat rəhbəri hesabat veriblər. Yaxşı hesabatlar var idi. Bu gün mən Donetsk vilayətində nəticəni təmin edən 103-cü müdafiə briqadasının 63-cü batalyonunun döyüşçülərinə təşəkkür etmək istəyirəm. Qəsəbə azad edilib. Cənubda iki yaşayış məntəqəsi də azad edilib”.

Müharibı isə təəssüf ki, davam edir, Rusiya ordusu isə zəifləməkdədir. Bunu əldən verilən mövqelər də təsdiqləyir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN