Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.

TEZADLAR.AZ xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir. Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib.

Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində 8 nəfər ölüb, 10-a qədər insan yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Apa-nın məlumatına görə, ölənlərin bəzilərinin adı açıqlanıb:

Seyyadov Səyyad Hacıbala oğlu - sürücü, Nərimova Nazilə Ağaəli qızı, Fərəcovaa Şərafət Ənvər qızı, İbrahimova Əsmət Ağababa qızı

Qurbanova Güllər Məmmədağa qızı.

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN