Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye vilayətindəki Kamenka-Dniprovskanı atəşə tutur.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Enerqodar hərbi-mülki administrasiyasının mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, səhər saatlarından atəşlər davam edir.
TASS müxbirinin sözlərinə görə, Kamenka-Dneprovskayada partlayış səsləri hətta ondan təxminən 16 km aralıda yerləşən Enerqodarda da eşidilir.
E.ŞİRİNOV