Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron Fransadan gələcək hərbi dəstəyi müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Volodimir Zelenski tviter səhifəsində bildirib.
“Fransa Prezidenti Emmanuel Makronla bir saat yarımdan çox detallı danışıqlar apardım. Mən fransalı həmkarıma cəbhədəki vəziyyət və Rusiyaya qarşı mübarizənin gedişi barədə məlumat verdim. Biz Fransadan gələcək hərbi dəstəyi koordinasiya etdik”, - deyə Zelenski vurğulayıb.
Tərəflər, həmçinin AEBA-nın Zaporojye Atom Elektrik Stansiyasındakı missiyasının nəticələrinə dair qiymətləndirmələrlə bağlı fikir mübadiləsi aparıblar.