Ermənilər ötən gün Xocalı istiqamətində dağlıq meşə massivində böyük yanğınlar törədiblər.

Alov hektarlarla əraziyə yayılıb...

Əlbəttə, biz ermənilərin Qarabağın 30 ilədək işğalı dövründən meşələrimizə qənim kəsliməyindən - talamağından, yandırmağından xəbərdarıq. Bu isə təkcə meşə örtüyünə qarşı təcavüz deyil, həm də ekoloji mühitə ağır zərbədir - cinayətdir.

Baş verənlərə Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov da münasibət bildirib.

O, qeyd edib ki, ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.

Vüqar Kərimov vurğulayıb ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır:

"Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur.
Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir", - deyə bildirib.

Yəqin ki, ermənilər bir gün bu vəhşiliklərinə, cinayətlərinə görə cavab verəcəklər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN