Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib.

Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbuletmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN