Rusiyanın Ukraynadakı işğalçı müharibəsi sadə rusları ölkəni tərk etməyə məcbur etməkdədir...
Belə ki, müharibəyə getmək istəməyən ruslar yaxın Gürcüstana da pənah gətirirlər. Məsələn, "Yuxarı Lars" sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana keçmək istəyən Rusiya vətəndaşlarına çağırış vərəqəsi paylanılır. Gürcüstan KİV-ləri yazır ki, bu barədə Şimali Osetiya hərbi komissarlığından Rusiya mətbuatına bildirilib. Qeyd olunub ki, hazırda sərhədi keçmək istəyən 180 nəfərə çağırış vəsiqəsi təqdim edilib. Məlumat üçün bildirək ki, mobil əməliyyat qrupları “Yuxarı Lars”ın yaxınlığında yerləşir, onlar səfərbərlik zamanı çağırılan şəxslərə çağırış vərəqəsini təqdim edib geriyə qaytarırlar.
Müharibə isə davam edir, itkilərin sayı hər gün artmaqdadır...
A.Məmmədli