Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, general-polkovnik Andrey Kartapolov bildirib ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibə ilə bağlı yalan danışmağı dayandırmalı və yalan məlumatlar verməməlidir.
Onun fikrincə, bu, insanların inamının itirilməsinə səbəb ola bilər, - Rusiya RBK yazır.
"Yalan danışmağı dayandırmaq lazımdır. Biz bu barədə dəfələrlə danışmışıq... Amma nədənsə bu, ayrı-ayrı liderlərə çatmır", - Rusiya rəsmisi qəzəblənib.
Kartapolov qeyd edib ki, Müdafiə Nazirliyinin hesabatları dəyişmir və əslində Ukraynadakı cəbhədəki vəziyyətlə bağlı həqiqəti əks etdirmir.
"Onlarla mərmi məhv etdilər, 50 obyekti vurdular, yüzlərlə "faşist"i məhv etdilər... Vəssalam. Yaxşı, camaat bilir... Bizimkilər axmaq deyil. Görür ki, onu dərk etmirlər, görür ki, ona bütün həqiqəti deyil, hətta bir hissəsini demək istəmirlər. Bu, etibarın itirilməsinə səbəb ola bilər", - deyə general xəbərdarlıq edib.
Bildiyiniz kimi, Kartapolov deputat seçilməzdən əvvəl Müdafiə Nazirliyində Sergey Şoyqunun müavini olub.
E.ŞİRİNOV