İndoneziyanın xarici işlər naziri Retno Marsudi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin Balidə keçiriləcək G20 sammitində iştirak edəcəklərini rəsmən təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS İndoneziya mənbələrinə istinadən məlumat yayıb.
İndoneziyanın xarici işlər naziri həmçinin vurğulayıb ki, "hazırkı dünya vəziyyəti qeyri-sabitdir", lakin onun idarəsi iki dövlətin başçıları ilə əlaqə yaratmağa çalışır.
Qeyd edək ki, sammit 15-16 noyabrda Bali adasında keçiriləcək.
Bundan əvvəl Putin və Zelenski G20 sammitində iştirak etmək barədə razılığa gəliblər. G20 sammitində mümkün görüş Rusiya və Ukrayna başçıları arasında fevralın 24-də xüsusi hərbi əməliyyat başlayandan bəri ilk üzbəüz görüş olacaq.
İndoneziya səfiri Husin Bagis, "Biz G20-ni münaqişə deyil, sülh platformasına çevirmək istəyirik", - deyib.
E.ŞİRİNOV