Oğurlanmış avtomobillərin axtarışı və yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması üçün Veb sistemi DXR, LPR, Zaporojye və Xerson vilayətləri istisna olmaqla, bütün Rusiyada işə salınıb.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin rəis müavini Lenar Qabduraxmanov bildirib.
"Veb sistemi Rusiya Federasiyasının bütün subyektlərində fəaliyyət göstərir. Sentyabrın 30-da son obyekt istifadəyə verilmişdir. İndi isə "Veb" Rusiya Federasiyasının bu yaxınlarda ölkənin tərkibinə daxil olmuş dörd regionu istisna olmaqla, Rusiyanın bütün regionlarında işləyir", - o, Kazanda keçirilən "Yol 2022" 10-cu beynəlxalq ixtisaslaşdırılmış sərginin kuluarlarında deyib.
E.ŞİRİNOV