"Gürcüstanın Krım körpüsünün partladılması ilə heç bir əlaqəsi yoxdur."
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze Krım körpüsünün partladılmasında istifadə edilən yük maşınının Gürcüstan ərazisindən keçməsi ilə bağlı Rusiya mediasında yayılan iddialara münasibət bildirərkən belə deyib. Sitat: “Gürcüstanın qeyd edilən halla heç bir əlaqəsi yoxdur. Həm tranzit, həm də qeyri-tranzit yüklər Gürcüstanda gömrük nəzarətindən keçir və heç bir bənzər şübhəli hal müşahidə edilməyib”.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti belə bir ittiham səsləndirib ki, həmin yük Gürcüstandan keçib...
A.Məmmədli