Xerson vilayəti Rusiyanın hüquqi hissəsidir və BMT Baş Assambleyasının referendumun tanınmaması ilə bağlı qətnaməsinin region üçün heç bir əhəmiyyəti yoxdur.
Tezadlar.az xəbər verir ki, bunu RİA Novosti-yə vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov deyib.
"Biz BMT-nin qəbul etdiyi bütün beynəlxalq normalara və standartlara uyğun referendum keçirdik. İnsanlar öz seçimini etdi, referenduma getdilər, səs verdilər. Onların buna haqqı var idi", - deyə Stremousov bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının anti-Rusiya qətnaməsinə səsvermədə 10 ölkə, o cümlədən Azərbaycan, Venesuela, İran iştirak etməyib.
Oktyabrın 12-də BMT Baş Assambleyasının DXR, LXR, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı referendumların keçirilməsini pisləyən anti-Rusiya qətnamə qəbul etdiyi bildirilib. Qətnaməni 143 ölkə dəstəkləyib.
Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraqua buna qarşı çıxıb. Daha 35 ştat səsvermədə öz mövqeyini bildirməkdə bitərəf qalıb.
E.ŞİRİNOV