Lavrov: “Qərb diplomatik terrordan istifadə edib ki, BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə qəbul etsin”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb diplomatik terrordan istifadə etməklə BMT Baş Assambleyasının anti-Rusiya qətnaməsi ilə bağlı nəticə əldə edə bilib.
“Diplomatik terror üsullarından Qərb həyasızcasına, açıq desək, əl-qolunu bükərək, inkişaf etməkdə olan ölkələri hər cür cəzalarla hədələyərək istifadə edib”, - TASS onun sözlərini sitat gətirib.
Lavrovun sözlərinə görə, yalnız bu cür “ört-basdır edilməmiş şantaj, bu cür hədələr” nəticəni təmin edə bilib.
Nazir əlavə edib ki, ABŞ-ın “onlar heç kimi səs verməyə razı salmırlar” bəyanatları həqiqətə uyğun deyil.
Xatırladaq ki, oktyabrın 12-də BMT Baş Assambleyası DXR, LPR, Xerson və Zaporojye vilayətlərində referendumların keçirilməsi ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. 143 ölkə dəstək verib, Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraqua isə qarşı çıxıb. Daha 35 dövlət bitərəf qalıb.
Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, ABŞ-ın təzyiqi ilə qəbul edilən anti-Rusiya qətnaməsi BMT-nin nüfuzunu sarsıdır.
E.ŞİRİNOV