Belarus prezidenti Aleksandr Lukaşenko NBC telekanalına müsahibəsində deyib ki, o, Ukraynadakı münaqişənin sülh yolu ilə həllini hamı üçün faydalı hesab edir.
Onun sözlərini RİA Novosti sitat gətirib.
Belarus liderinin sözlərinə görə, belə bir nəticə Amerika Birləşmiş Ştatlarının da maraqlarına uyğun olardı.
Daha əvvəl o, münaqişənin həlli variantlarını təklif etsə də, Qərbin Ukrayna məsələsində Rusiya lideri Vladimir Putinə qulaq asmaq istəmədiyini bildirib.
Lukaşenko Rusiya liderinin Ukraynada qalib gəlməməsi ilə bağlı fikirlərə belə cavab verib: “Bu müharibədə siz (Qərb) də qalib gəlmirsiniz”.
Eyni zamanda, Ukraynada 50 ölkə Rusiyaya qarşı vuruşur, - Belarus prezidenti əminliklə bildirib.
E.ŞİRİNOV