Ötən gün rus döyüşçüləri Donetsk vilayətində 6 dinc sakini öldürüb, 8-i yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko öz Telegram səhifəsində məlumat verib.

"Rusiya dinc insanları öldürür! Oktyabrın 17-də ruslar Donetsk vilayətində 6 dinc sakini öldürdülər: Baxmutda 3, Konstantinovka kəndində 2, Orlovkada 1. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları işğal zamanı ruslar tərəfindən öldürülən 8 dinc sakinin meyitini aşkar ediblər: 7-si Limanda, 1-i isə Dubravada. Dünən daha 8 nəfər yaralanıb”, - deyə o bildirib.

Kirilenko onu da qeyd edib ki, indi Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN