"Hazırda Rusiya və Ukrayna liderləri arasında görüş üçün heç bir ilkin şərt yoxdur".

Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

O, "A Haber" telekanalının aparıcısının danışıqların mümkünlüyü ilə bağlı sualını belə cavablandırıb: "Hazırda belə ilkin şərtlər yoxdur".

Oktyabrın 11-də Kalın bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ankaranın Ukraynadakı vəziyyətin həllində iştirakını müzakirə etmək niyyətindədir. O hesab edir ki, "Zelenski və Putini danışıqlar masasına gətirə biləcək" yeganə şəxs Ərdoğandır. Oktyabrın 8-də Türkiyənin "Milliyet" qəzeti Ərdoğanın Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı danışıqlar masasına oturtmaq niyyətindən yazıb.

Oktyabrın 4-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə danışıqların mümkünsüzlüyünü bəyan edən sənəd imzalayıb. Rusiya Xarici İşlər Nazirliyi bu qərarı kəskin şəkildə pisləyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Zelenskinin qərarını şərh edərək bildirib ki, Rusiya əvvəlcə fikir ayrılıqlarının sülh yolu ilə həllinin tərəfdarı olub, həmçinin vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib. Sentyabrın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kiyev rejimi ondan nə qədər imtina etsə, danışıqlar daha çətin olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN