20 OKTYABR 1981-ci il. Məhz bu tarix Qafqazın ən böyük enrji nəhəngi olan, Mingəçvirdə açılan , gücü 2700 MVT olan Azərbaycan İES hazırda ölkəmizi 60 faiz elektrik enerjisi ilə təmin etməklə Milli Enetgetikamızın şah əsəridir.
Bugünkü peşə bayramı təklifini verən görkəmli elektrienergetik , uzun illər energetikada cəfakeş xidmət göztərən mərhum Aslanov Şıxməmməd Qəmbər oğlu olub.
2004-cü ildə ölkə başçısının həmin müəssisəyə gələrkən fotostentdə Şıxməmməd Aslanovun şəklini görərək Etibar Pirverdiyevə onunla bağlı müəyyən tapşırıqlar versə də, ancaq E.Pirverdiyev Şıxməmməd Aslanovu guya Prezidentin tapşırığı ilə “Azərenerji”nin baş idarəsində ona kiçik vəzifə təqdimatı hazırlayaraq “tələ qurur”. 2000, 2001 və 2002-ci illər üzrə 1 oklad (tarif maaş) həcmində 8 min energetikin yığılıb rəsmi kağız üzərində qalmış milyonlarla manatı əks etdirən 14-cü əmək haqları və stansiyanın digər təmir xərclərini ona qol çəkdirərək həmin vəsaiti özünün təsis etdiyi “AZENCO” ASC və dəvə fermalarının yaradılmasına yatırım etmiş, Ş.Aslanovu isə təhdidlər içində təzyiq və təqiblər etdirərək həyatdan köçməsinə səbəb olmuşdur.
Ancaq çox təəssüf ki, indiyədək Etibar Pirverdiyevi bütün bu əməllərinə görə narahat edən olmayıb.
Xəyyam Qurbanlı
P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.