Ukrayna lideri Vladimir Zelenski Krım körpüsündə törədilən terror aktında Kiyevin əli olmasından “xəbərsiz olduğunu” deyib.

O, bu barədə Kanadanın CTV telekanalına müsahibəsində danışıb.

"Bildiyimə görə, biz bunu qətiyən sifariş etməmişik”, - deyə o, müvafiq sualı cavablandırıb.

Qeyd edək ki, oktyabrın 14-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində Krıma və Belqorod vilayətinə hücumların arxasında məhz Kiyevin olduğunu etiraf edib.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu yolla Kiyev rejimi özü də terroru etiraf edib.

Bundan əvvəl REN TV Krım körpüsündə baş vermiş partlayış nəticəsində ölənlərin sayının 4 nəfərə çatdığını bildirmişdi. Onların arasında Moskva Arbitraj Məhkəməsinin hakimi Sergey Maslov da var.

Krım körpüsündə terror aktı

Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayış baş verib və yanacaq çəni yanıb. Daha sonra Milli Antiterror Komitəsi körpünün üzərindən keçən yük maşınının partladığını bildirib.

Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hadisəni terror aktı adlandırıb, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi “Terrorçuluq” ilə cinayət işi başlanıb. Hücumu hazırlayan və törədən şübhəlilərin kimliyi müəyyənləşib.

Oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə operativ müşavirədə bəyan edib ki, Krım körpüsündə törədilən terror aktı cavabsız qalmamalıdır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təklifi və Baş Qərargahın planına əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN