Nəhayət, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vakant Böyük Britaniyanın baş naziri postuna öz namizədliyini irəli sürməyə hazırdır...

Tezadlar.az “The Times”ə istinadla bildirir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının və Britaniya hökumətinin başçısı postuna namizədliyini irəli sürəcək. Məlumatda bildirirlir ki, cəmi 6 həftə əvvəl baş nazir postunu tərk edən Boris Conson hökumət başçısı postuna namizədliyini irəli sürmək imkanları ilə bağlı əlavə edib ki, o, Mühafizəkarlar Partiyasında liderliyi bərpa edə biləcəyinə inanır. Bu partiyadan olan bir neçə parlament üzvü artıq Britaniya hökumətinin başında Trussı əvəz edənin Conson olduğunu irəli sürüb.  “The Times” həmçinin qeyd edir ki, Conson baş nazir postuna mümkün namizədliyini “milli maraqlar məsələsi” hesab edir.
Avropanın digər nəşrləri də Consonun şansını yüksək qiymətləndirir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN