Fransanın Regional İnteqrasiya naziri Caroline Cayeux-u daşıyan təyyarə qəzaya uğramaqdan son anda qaçaraq uçuş-enmə zolağından kənara enib.
"Le Figaro"nun xəbərinə görə, Fly Amelia şirkətinə məxsus, içərisində nazir Cayeux da daxil olmaqla 39 nəfərin olduğu təyyarə dünən axşam saatlarında paytaxt Parisin Orly hava limanına enərkən fırtınaya düşüb.
Bir müddət təyyarənin idarəetməsini itirən pilot uçuş-enmə zolağından kənarda yaşıl ərazidə çətinliklə yerə enə bilib.
Güclü fırtına səbəbindən təyyarənin yerə çırpmaqdan son anda xilas olduğu bildirilir.
Nazir Cayeux Twitter hesabından verdiyi açıqlamada Rodezdən enərkən uçuş-enmə zolağından çıxan təyyarənin qorxuya səbəb olduğunu və xəsarət alan olmadığını söyləyib.
Cayeux ona tezliklə sağalmaq mesajı göndərənlərə və dəstəyə gələn xilasetmə qruplarına təşəkkür edib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
E.ŞİRİNOV