Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən mühüm açıqlamalar verib. Ərdoğan Rusiya-Ukrayna vasitəçiliyi üçün "ümidsiz deyilik" deyib. Ərdoğan Avropadakı qaz böhranı ilə bağlı Türkiyə və Azərbaycanın əhəmiyyətinə də diqqət çəkib.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və səfərlə bağlı dəyərləndirmələr edib.

Taxıl dəhlizi sazişinin sona yaxınlaşması ilə bağlı suala cavabında Ərdoğan, "Daşıma müqaviləsinin uzadılmasında heç bir maneə yoxdur. Bunu dünən axşam Zelenski ilə görüşümdə və cənab Putinlə görüşümdə bir daha gördüm ki, heç bir problem yoxdur", - deyə o bildirib.

Rusiya ilə Ukrayna arasında mümkün vasitəçiliklə bağlı Ərdoğan deyib: "Mən gördüm ki, cənab Putin indi keçmişə nisbətən çox daha yumşaq və danışıqlara daha açıqdır. tıxanma olduğunu və onun da bunun aradan qaldırılmasının tərəfdarı olduğunu söylədi. Ümidsiz deyilik".

Avropadakı qaz böhranı ilə bağlı sualda Türkiyə və Azərbaycanın əhəmiyyətinə toxunan Ərdoğan deyib: "Onların gözləntiləri nədir? Türkiyə bu biznesin mərkəzinə çevrilsə, Türkiyənin bu cür təbii qaz tələbləri qarşılanacaq, yoxsa yox, bunu həll etməliyik. Eynilə, bu məqamda Azərbaycanın təbii qaz tələbatında, yəni TANAP-da tədarük olacaqmı? Görürəm ki, qardaşım İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir. Bunları qiymətləndirib, inkişaf prosesini buna uyğun qiymətləndirib addımlarımızı atacağıq".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN