İrkutskın Leninski rayonunda fövqəladə vəziyyət rejimi Su-30 təyyarəsinin yaşayış binasının üzərinə düşməsi ilə əlaqədar tətbiq edilib.
Bu barədə şəhər administrasiyası bildirib.
"İrkutsk şəhərinin meri Ruslan Bolotov saat 20:00-dan (Moskva vaxtı ilə 15:00) aviasiya qəzası nəticəsində bələdiyyə fövqəladə vəziyyət rejimini tətbiq edib", - məlumatda deyilir.
Su-30 təyyarəsi oktyabrın 23-də sınaqlar zamanı İrkutskda ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Nəticədə, 200 kvadratmetr sahədə yanğın baş verib, yanğın tez bir zamanda söndürülüb. İki sınaq pilotu həlak olub, yıxılma faktı ilə bağlı cinayət işi açılıb.
Bundan əvvəl İrkutsk vilayətinin qubernatoru İqor Kobzev zərər çəkmiş evin sakinlərinə bütün lazımi yardımı və pul kompensasiyasını alacağını bildirmişdi.
E.ŞİRİNOV