Nikolayev-Krivoy Roq istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri təsdiq edilmiş plana ciddi şəkildə uyğun olaraq Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə manevr edirlər.

Bu barədə noyabrın 10-da jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 9-da məlum olub ki, Ukraynada xüsusi hərbi əməliyyatın komandanı, ordu generalı Sergey Surovikin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dnepr çayının sol sahili boyunca müdafiənin təşkilini məqsədəuyğun hesab ediblər. Surovikin manevrin yaxın vaxtlarda həyata keçiriləcəyini də bildirib.

Çeçenistan rəhbəri Ramzan Kadırov Surovikinin Xersonla bağlı qərarını mürəkkəb, lakin düzgün adlandırıb. Onun sözlərinə görə, bu ərazinin müntəzəm sursatın çatdırılması və güclü, etibarlı arxa cəbhənin formalaşdırılması imkanları yoxdur.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib. Belə ki, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN